
Bakı. Trend:
Azərbaycanın bəzi rayonlarında müşahidə olunan fasilələrlə
yağıntılı hava şəraitinin iyulun 9-u gündüzədək davam edəcək.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən bəzi
yerlərdə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı
yerlərdə dolu düşəcəyi, yağışın intensiv olacağı, şimal və qərb
rayonlarında isə güclənəcəyi ehtimalı var.
Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından isə
qısamüddətli sel keçəcəyi ehtimal olunur.

