Ermənistan Pakistana səfir təyin etdi

Baş səhifə

Karen Qriqoryan Ermənistanın Pakistanda fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Modern.az xəbər verir ki, müvafiq sərəncamı Ermənistan Prezidenti imzalayıb.

Sərəncama əsasən, Karen Qriqoryan Pakistan Respublikasında Ermənistanın fövqəladə və səlahiyyətli səfiri vəzifəsini icra edəcək.

Qeyd edək ki, Pakistan indiyədək Ermənistanı rəsmi olaraq tanımayan azsaylı ölkələrdən biri olub. Son illərdə iki ölkə arasında münasibətlərin normallaşması istiqamətində müəyyən diplomatik addımlar atılıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir