Şri-Lanka həbsxanasında iğtişaşlar – 25 ölü, 100 yaralı

Baş səhifə

Bakı.Trend:

Şri Lankanın Neqombo şəhərində yerləşən cəzaçəkmə müəssisəsində
baş verən qanlı iğtişaşlarda azı 25 nəfər həyatını itirib.

Bu barədə “Independent” nəşri yerli hüquq mühafizə orqanlarına
istinadən məlumat yayıb.

Məhbus qruplaşmaları arasında kütləvi dava bazar günü başlayıb.
Toqquşmalarda ölənlərdən savayı, azı 100 nəfər yaralanıb.




Qarşıdurmanın mühakimə olunmuş məhbuslarla, müvəqqəti təcrid
edilmiş müttəhimlər arasında düşdüyü bildirilsə də, mübahisənin
konkret hansı səbəbdən meydana gəlməsi hələlik məlum deyil.

İğtişaşın yatırılmasına çevik polis qüvvələri ilə yanaşı
hərbçilər də cəlb olunub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir