“Ayın fəthi” – Çin ABŞ-ni qabaqlaya bilər

Baş səhifə

Bakı.Trend:

Çin öz kosmonavtlarını Aya amerikalı astronavtların oraya
yenidən enməsindən daha tez göndərə bilər. Bu ehtimalı NASA-nın
administratoru Cared Ayzekman CBS telekanalına müsahibəsində
səsləndirib.

“Çinlilər öz taykonavtlarını (kosmonavt-red) Aya endirəcəklər.
Buna heç bir şübhə yoxdur. Sual ondadır ki, ABŞ onlardan əvvəl Aya
qayıda biləcəkmi və bu dəfə bunu fərqli şəkildə – baza quraraq,
orada davamlı mövcudluq yaradaraq həyata keçirəcəyikmi”, – deyə o
bildirib.




Ayzekman vurğulayıb ki, ABŞ hazırda Çinlə kosmik yarışdadır və “çinlilər inanılmaz sürətlə irəliləyirlər”. Bununla belə, onun
fikrincə, NASA astronavtları yenə də Çin kosmonavtlarından əvvəl
Aya enə biləcəklər.

Agentliyin rəhbəri bildirib ki, astronavtların iştirakı ilə
Yerin təbii peykinə növbəti missiya Artemis IV olacaq. Aparatın Aya
göndərilməsi 2028-ci ilə planlaşdırılır. Çin isə Aya eniş
missiyasını 2030-cu ildən əvvəl həyata keçirməyi planlaşdırır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir