Anomal istilər Arktikaya da çatdı – Qlobal İstiləşmə

Baş səhifə

Bakı.Trend:

Şimali Amerikada hökm sürən anomal isti hava fonunda Kanadanın
Arktika bölgəsi olan Nunavutda temperatur üzrə yeni rekordlar qeydə
alınıb.

Bu barədə Kanadanın Milli Meteorologiya Xidmətinin məlumat
bülletenində bildirilib.

Məlumata görə, iyulun 5-də Kembric-Bey yaşayış məntəqəsində
havanın temperaturu 22,1 dərəcə (selsi) olub və bununla da 1930-cu
ildə qeydə alınmış 21,7 dərəcə rekordunu üstələyib. Koral-Harbor
qəsəbəsində isə temperatur 27,1 dərəcəyə çataraq 2002-ci ildə
müəyyən edilmiş 24,7 dərəcə maksimumunu yeniləyib.




Qeyd olunur ki, həmin ərazilərdə iyul ayı üzrə orta hava
temperaturu adətən 3–9 dərəcə (selsi) arasında dəyişir.

Ötən həftədən etibarən Kanada və ABŞ-də anomal isti hava şəraiti
müşahidə olunur. Bəzi bölgələrdə termometrlər 45 dərəcə selsiyədək
yüksəlib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir