Direktorların işə qəbulu üzrə sənəd qəbulunun müddəti uzadılıb

Baş səhifə

Bakı.Trend:

Direktorların işə qəbulu müsabiqəsinə elektron sənəd qəbulunun
müddəti uzadılıb.

Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə dövlət Agentliyi
(MÜTDA) məlumat yayıb.

Bildirilib ki, 29 iyun 2026-cı il saat 11:00-dan etibarən
direktor vəzifəsi vakant olan dövlət ümumi təhsil müəssisələrinə
direktorların işə qəbulu üzrə elektron sənəd qəbulu mərhələsinə
başlanılıb. Namizədlər 9 iyul 2026-cı il saat 17:00-dək
miq.edu.az/direktor linki vasitəsilə elektron qeydiyyatdan keçə
bilərlər.




Seçim mərhələsində namizədlərin təqdim etdikləri məlumat və
sənədlərin düzgünlüyü yoxlanılacaq. Bu mərhələni uğurla başa vuran
namizədlər müsahibə mərhələsində iştirak etmək hüququ
qazanacaqlar.

Qeyd edək ki, müsabiqənin nəticələri namizədlərin şəxsi
səhifələrində yerləşdiriləcək. Müsabiqədə uğur qazanan namizədlərlə
əmək münasibətləri qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun
olaraq rəsmiləşdiriləcək.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir