Sumqayıt futbolunun əfsanəsi vəfat etdi

Baş səhifə

Sumqayıt idman tarixində xüsusi xidmətləri olan tanınmış futbolçu, SSRİ idman ustası, Əməkdar məşqçi, “Tərəqqi” medallı Telman Həsən oğlu Salahov 89 yaşında dünyasını dəyişib.

Modern.az-ın məlumatına görə, bu barədə mərhumun yaxınları sosial şəbəkələrdə məlumat yayıblar.

Təcrübəli mütəxəssis 2013-cü ildən “Sumqayıt” Futbol Klubunun Müşahidə Şurasının üzvü kimi fəaliyyətini davam etdirirdi. Telman Salahovun idman sahəsindəki çoxillik səmərəli fəaliyyəti dövlət tərəfindən də yüksək qiymətləndirilib. O, 2016-cı ildə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə “Tərəqqi” medalına layiq görülüb.

Allah rəhmət eləsin!

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir