Bəzi Bakı-Naxçıvan reysləri təxirə salınıb – AZAL

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Hava Yollarınıniyulun 6-na planlaşdırılan bir sıra
Bakı-Naxçıvan reysləri ildırımlı hava şəraiti səbəbindən təxirə
salınıb.

Bu barədə “Azərbaycan Hava Yolları” (AZAL) QSC-dən məlumat
verilib.

Bildirilib ki, hava şəraiti sabitləşdikdən sonra uçuşların
icrasına davam ediləcək. Sərnişinlər mümkün dəyişikliklərlə bağlı
ətraflı məlumatlandırılacaqlar.




Naxçıvan Muxtar Respublikasının coğrafi mövqeyi və dağlıq
relyefi səbəbindən bölgədə müşahidə olunan meteoroloji şərait uçuş
əməliyyatlarına birbaşa təsir göstərə bilir. Xüsusilə güclü külək,
küləyin istiqamətinin qəfil dəyişməsi və ildırım aktivliyi eniş və
qalxma mərhələlərində əlavə risklər yaradır.

Qeyd edilib ki, uçuşların hava şəraiti ilə əlaqədar təxirə
salınması və ya ləğv edilməsi qərarı yalnız sərnişinin hava
limanında müşahidə etdiyi hava şəraitinə əsasən verilmir.
Aviasiyada qərarlar marşrut boyunca, qalxma və enmə hava
limanlarında mövcud və proqnozlaşdırılan meteoroloji şərait
əsasında qəbul edilir. Məsələn, ildırım aktivliyi, güclü külək,
şaquli hava axınları, intensiv yağıntı, aşağı görünmə məsafəsi və
ya tufan buludları yer səviyyəsindən aydın görünməyə bilər. Lakin
bu meteoroloji hallar uçuşun təhlükəsizliyinə ciddi təsir
göstərdiyindən, ekipaj və əməliyyat xidmətləri beynəlxalq aviasiya
təhlükəsizliyi standartlarına uyğun olaraq müvafiq qərarlar qəbul
edirlər.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir