Məktəbəqədər təhsil müəssisələrinə elektron qəbul başlayır

Baş səhifə

Bakı. Trend:

Məktəbəqədər təhsil müəssisələrinə elektron qəbul başlayır.

Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi
(MÜTDA) məlumat yayıb.

Bildirilib ki, iyulun 7-də saat 11:00-dan etibarən regional
təhsil idarələri və Naxçıvan Muxtar Respublikasının tabeliyində
olan məktəbəqədər təhsil müəssisələrinə elektron növbələrin
yaradılmasına başlanılır. Bakı şəhəri üzrə məktəbəqədər təhsil
müəssisələrinə qəbul üçün elektron növbələr isə iyulun 9-da saat
11:00-dan aktiv olacaq.




Elektron qəbul 2021 və 2022-ci il təvəllüdlü uşaqlar üçün saat
11:00-da, 2023, 2024 və 2025-ci il təvəllüdlü uşaqlar isə saat
15:00-da başlayacaq.

Məlumatda qeyd edilib ki, bu il ilk dəfə olaraq qəbul prosesi
myGov platforması üzərindən həyata keçiriləcək.

“Valideynlər (və ya qanuni nümayəndələr) qeyd olunan tarixlərdə
myGov kabinetinə daxil olaraq “Xidmətlər” bölməsində Elm və Təhsil
Nazirliyinin “Məktəbəqədər təhsil müəssisələrinə qəbul” xidmətini
seçməklə elektron müraciətlərini edə bilərlər”, – deyə məlumatda
qeyd edilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir