BƏƏ-də ABŞ və İsrail üçün hərbi baza tikilir

Baş səhifə

Bakı.Trend:

Birləşmiş Ərəb Əmirliklərinin Berbera şəhərinin kənarında
yerləşən hava limanının ərazisində hərbi infrastrukturun tikintisi
davam edir.

Fransa mətbuatının məlumatına görə, burada Birləşmiş Ərəb
Əmirlikləri, ABŞ və İsrail üçün birgə hərbi baza yaradılması
nəzərdə tutulur.

Peyk görüntüləri genişmiqyaslı torpaq işlərinin aparıldığını, o
cümlədən təhlükəsizlik sahəsindəki mənbələrin qiymətləndirməsinə
əsasən sursat və yanacaq anbarı kimi istifadə oluna biləcək yeraltı
obyektlərin inşa edildiyini göstərir.




Nəşr qeyd edir ki, tikintinin aktiv mərhələsi İsrailin 2025-ci
ilin dekabrında Somalilendin müstəqilliyini tanıması ilə eyni dövrə
təsadüf edib. Material müəlliflərinin fikrincə, bu, İsrailin İranın
dəstəklədiyi husilərin fəaliyyət göstərdiyi Yəmən sahilləri
yaxınlığında, Ədən körfəzi bölgəsində strateji dayaq məntəqəsi
yaratmaq niyyəti ilə əlaqəli ola bilər.

“Le Monde” qəzetinin məlumatına görə, tikinti işlərini BƏƏ
Somalilendlə hələ 2017-ci ildə imzalanmış hərbi əməkdaşlıq sazişi
çərçivəsində həyata keçirir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir