
Bakı.Trend:
Yanvar-may aylarında Azərbaycandan Tailanda ixrac olunan neftin
həcmi açıqlanıb.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin açıqladığı
xarici ticarətin gömrük statistikasına əsasən, cari ilin yanvar-may
aylarında Azərbaycandan Tailanda 103,3 milyon ABŞ dolları dəyərində
bitumlu süxurlardan əldə olunmuş 37,4 min ton neft və neft
məhsulları ixrac olunub.
Komitənin məlumatına görə, bu göstərici dəyər ifadəsində 2025-ci
ilin eyni dövrü ilə müqayisədə 27,4 milyon ABŞ dolları və ya 36,1
faiz çox, həcm baxımından isə təxminən 400 ton və ya 0,3 faiz
azdır.
Vurğulanıb ki, ötən ilin yanvar-may aylarında Azərbaycandan
Tailanda 75,9 milyon ABŞ dolları dəyərində bitumlu süxurlardan
alınmış 137,8 min ton neft və neft məhsulları ixrac edilib.
Qeyd edək ki, cari ilin yanvar-may aylarında Azərbaycandan
dünyanın digər ölkələrinə ümumilikdə 5,121 milyard ABŞ dolları
dəyərində bitumlu süxurlardan alınmış 8,828 milyon ton xam neft və
neft məhsulları ixrac olunub.
2025-ci ilin eyni dövrü ilə müqayisədə bu göstərici dəyər
ifadəsində 522 milyon ABŞ dolları və ya 9,2 faiz, fiziki həcm
baxımından isə 1,535 milyon ton və ya 14,8 faiz azalıb.
Cari ilin yanvar-may aylarında Azərbaycan neftinin əsas
idxalçıları sırasında ilk üçlükdə İtaliya (5,339 milyon ton, 3,021
milyard ABŞ dolları) qərarlaşıb. Sonrakı yerlərdə Rumıniya (461,3
min ton, 247,8 milyon ABŞ dolları) və Çexiya (433,1 min ton, 245,7
milyon ABŞ dollarından çox) yer alıb.

