
Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyi gözlənilən küləkli hava şəraiti ilə
əlaqədar çimərliklərə üz tutan vətəndaşlara müraciət edib.
Bu barədə nazirliyin Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, iyulun 7-8-də Bakıda və Abşeron yarımadasında
gözlənilən küləkli hava şəraiti ilə əlaqədar Fövqəladə Hallar
Nazirliyi əhaliyə müraciət edərək, küləkli havada dənizə girməyin
təhlükəli olduğunu bir daha xatırladır və vətəndaşları müvafiq
təhlükəsizlik qaydalarına ciddi riayət etməyə çağırır.

