
Bakı. Trend:
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO Liderlər Sammitində
iştirak etmək üçün Ankarada səfərdə olan NATO-nun Baş katibi Mark
Rutte ilə görüşüb.
Bu barədə Türkiyə Prezident Administrasiyasının “X” səhifəsində
məlumat paylaşılıb.
“Görüşdə Ankarada keçiriləcək NATO Liderlər Sammitinin
gündəliyi, eləcə də regional və qlobal məsələlər müzakirə olunub”,
– deyə məlumatda qeyd edilib.
Məlumata görə, Rəcəb Tayyib Ərdoğan Türkiyədə təşkil olunacaq
NATO Liderlər Sammitinin uğurla keçəcəyinə ümid etdiyini bildirib
və ölkənin sammitə hazırlıq işlərini tamamladığını vurğulayıb.
Prezident qeyd edib ki, Ankara Sammitində kollektiv müdafiədən
tutmuş müttəfiqlər arasında müdafiə sənayesi sahəsində əməkdaşlığın
genişləndirilməsinə qədər bir çox məsələnin müzakirəsi mühüm
əhəmiyyət daşıyır.
Ərdoğan, həmçinin sammit çərçivəsində keçiriləcək Müdafiə
Sənayesi Forumunun da diqqətlə izlənəcəyini bildirib.
20:17
xxx
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun Baş katibi Mark
Rütte ilə görüşüb.
Bu barədə “TRT Haber” məlumat yayıb.
Bildirilib ki, görüş Prezident iqamətgahında baş tutub və
mətbuata qapalı keçirilib.

