
Bakı. Trend:
“Qatar Airways” aviaşirkətinə məxsus, Doha–Tbilisi marşrutu üzrə
QTR253 reysini yerinə yetirən hava gəmisi ehtiyat hava limanı
qismində Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib.
Bu barədə “Azərbaycan Hava Yolları” (AZAL) QSC-dən məlumat
verilib.
Bu qərar təyinat hava limanı olan Tbilisidə müşahidə olunan
əlverişsiz meteoroloji şərait səbəbindən hava gəmisinin komandiri
tərəfindən qəbul edilib.
Airbus A320 tipli hava gəmisi yerli vaxtla saat 20:23-də uğurla
eniş edib. Heydər Əliyev Beynəlxalq Aeroportu hava gəmisinə mövcud
prosedurlara uyğun xidmət göstərib. Meteoroloji şərait
yaxşılaşdıqdan sonra reys təyinat məntəqəsinə uçuşunu davam
etdirəcək.

