
Bakı. Trend:
Bakıda motoxuliqanlıq edərək sosial şəbəkələrdə video paylaşan
şəxs həbs edilib.
Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Bakıda yol hərəkəti qaydalarını kobud şəkildə
pozaraq motoxuliqanlıq edən və həmin görüntüləri sosial şəbəkədə
paylaşan motosiklet sürücüsü polis əməkdaşları tərəfindən müəyyən
edilib.
Xəzər Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin
əməkdaşları tərəfindən keçirilən profilaktik tədbirlərlə 21 yaşlı
Zülfüqar Ağazadə saxlanılıb.
Onun barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq
protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə Z. Ağazadə inzibati qaydada həbs edilib.

