
Bakı. Trend:
Kubanın milli elektrik sistemi bazar ertəsi günorta saatlarında
sıradan çıxıb və nəticədə təxminən 10 milyon nəfər elektrik
enerjisiz qalıb.
Bu barədə ölkənin elektrik şəbəkəsini idarə edən UNE məlumat
yayıb.
Məlumatda bildirilib ki, hadisənin səbəblərinin
müəyyənləşdirilməsi məqsədilə araşdırma aparılır.
Qeyd edilib ki, Kuba son aylarda köhnəlmiş enerji infrastrukturu
və ABŞ-ın tətbiq etdiyi blokada səbəbindən adaya yanacaq
tədarükündə yaranan problemlər fonunda mütəmadi elektrik
kəsintiləri ilə üzləşir.
Bundan əlavə, uzun müddətdir davam edən iqtisadi böhran
şəraitində ölkə elektrik enerjisi ilə təminatda dəfələrlə çətinlik
yaşayıb. Hazırda isə ABŞ administrasiyasının artan təzyiqləri
fonunda vəziyyət daha da ağırlaşıb.

