
Bakı. Trend:
ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi futbol üzrə
dünya çempionatında 1/8 finalın daha bir oyunu keçirilib.
Portuqaliya və İspaniya yığmaları üz-üzə gəliblər. ABŞ-nin
Arlinqton şəhərindəki Dallas stadionunda oynanılan görüş ispanların
1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 90+1-ci dəqiqədə
Mikel Merino vurub.
İspaniya millisinin 1/4 finaldakı rəqibi ABŞ – Belçika cütünün
qalibi olacaq. Bu oyun gecə saat 04:00-da start götürəcək.
Qeyd edək ki, daha əvvəl Mərakeş, Fransa, İngiltərə və Norveç
milli komandaları 1/4 finala vəsiqə qazanıblar.
Mundiala iyulun 19-da yekun vurulacaq.

