
Bakı. Trend:
“Everton” yarımmüdafiəçi Merlin Röhlü “Frayburq”dan birdəfəlik
transfer edib.
24 yaşlı futbolçu ötən mövsümü “Everton”da icarə əsasında
keçirmişdi və müqavilədə məcburi satınalma şərti var idi. Daha
əvvəl yayılan məlumatlara görə, transferin məbləği 20 milyon avro
olub.
Qeyd edək ki, Röhl geridə qalan mövsümdə Premyer Liqada 16 oyun
keçirib və 1 qol vurub.

