Roberto Martines istefa verib

Baş səhifə

Bakı. Trend:

Portuqaliya millisinin baş məşqçisi Roberto Martines
vəzifəsindən istefa verib.

Mütəxəssis bu barədə dünya çempionatının 1/8 final mərhələsində
İspaniya yığmasına 0:1 hesabı ilə uduzduqları oyundan sonra
keçirilən mətbuat konfransında deyib.




İspaniyalı çalışdırıcı bu matçın Portuqaliya millisinin sükanı
arxasında son oyunu olduğunu bildirib.

Qeyd edək ki, Portuqaliya yığması Roberto Martinesin rəhbərliyi
altında 32 qələbə, 6 heç-heçə və 7 məğlubiyyətlə yadda qalıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir