Kamilo Duran “Qarabağ”ı tərk edir 

Baş səhifə

“Qarabağ”ın futbolçusu Kamilo Duran Şotlandiyanın “Seltik” klubu ilə anlaşıb.

Modern.az xəbər verir ki, kolumbiyalı hücumameyilli yarımmüdafiəçi Qlazqo təmsilçisi ilə şəxsi müqaviləsinin bütün detallarını razılaşdırıb.

İddiaya görə, “Seltik” bu keçid üçün “Qarabağ”a 3 milyon avro təzminat ödəyəcək.

Qeyd edək ki, “Qarabağ” Kamilo Duranı ötən ilin yayında Portuqaliyanın “Portimonense” klubundan 200 min avroya transfer etmişdi. 25 yaşlı vinger ötən mövsüm UEFA Çempionlar Liqasında 5 qol vurub.

(AZƏRTAC)

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir