“Mançester Yunayted” “Real”a 100 milyon avro ödəməyə hazırdır

Baş səhifə

Bakı. Trend:

“Mançester Yunayted” komandanı tərk edən Kazemiroya əvəzləyici
axtarır.

“Qırmızı şeytanlar”ın əsas hədəfi “Real”da çıxış edən Orelyen
Çuamenini transfer etməkdir. Bu barədə AS nəşri məlumat yayıb.




Premyer Liqa nəhəngi Fransa milli komandasının üzvü üçün “kral
klubu”na 100 milyon avro ödəməyə hazırdır.

Qeyd edək ki, “Real” Orelyen Çuamenini 2022-ci ilin yayında “Monako”dan 80 milyon avroya transfer edib. 26 yaşlı dayaq
yarımmüdafiəçisi 2025/26 mövsümündə Madrid təmsilçisinin heyətində
meydana çıxdığı 49 rəsmi matçda 2 qol və 2 məhsuldar ötürmə ilə
yadda qalıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir