
Bakı. Trend:
“Fənərbağça”dan ayrılan Cenk Tosunun yeni klubu məlum olub.
Azad agent statusunda olan 35 yaşlı hücumçu “Fatih Karagümrük”lə
anlaşıb. Bu barədə insayder Yağız Sabuncuoğlu məlumat yayıb.
Təcrübəli forvard yaxın günlərdə I Liqada mübarizə aparan
İstanbul klubu ilə müqavilə imzalayacaq.
Qeyd edək ki, Cenk Tosun 2025/26 mövsümünün ikinci yarısında
icarə əsasında “Kasımpaşa”da çıxış edib. Türkiyə millisinin sabiq
üzvü Super Liqa təmsilçisinin heyətində meydana çıxdığı 11 rəsmi
matçda 1 qol vurub.

