Belçika ABŞ millisini məğlub edib – DÇ-2026

Baş səhifə

Bakı. Trend:

ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi futbol üzrə
dünya çempionatında 1/8 finalın daha bir oyunu keçirilib.

Belçika və ABŞ yığmaları üz-üzə gəliblər. Sietl stadionunda
oynanılan görüş avropalıların 4:1 hesablı qələbəsi ilə başa çatıb.
Belçikanın heyətində Şarl de Ketelare (9, 33), Hans Vanaken (57) və
Romelu Lukaku (90+3) fərqləniblər. Amerikalıların yeganə qolu isə
Malik Tillmanın (31) aktivinə yazılıb.

1/4 finala yüksələn Belçikanın bu raunddakı rəqibi İspaniya
seçməsi olacaq.




Qeyd edək ki, daha əvvəl Mərakeş, Fransa, İngiltərə, Norveç və
İspaniya milli komandaları 1/4 finala vəsiqə qazanıblar.

Mundiala iyulun 19-da yekun vurulacaq.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir