1/8 finalın son oyunları – Bugünkü TƏQVİM

Baş səhifə

Futbol üzrə Dünya Çempionatında 1/8 final mərhələsi davam edir. 

Modern.az xəbər verir ki, bu gün daha iki qarşılaşma keçiriləcək.

Axşam saat 20:00-da Argentina millisi Misir yığması ilə üz-üzə gələcək.

Gecə saat 00:00-da isə İsveçrə – Kolumbiya matçı start götürəcək.

20:00 – Argentina – Misir
00:00 – İsveçrə – Kolumbiya

Xatırladaq ki, Dünya Çempionatında 1/8 final mərhələsinin altı oyunu artıq arxada qalıb. Mərakeş, Fransa, İngiltərə, Norveç, İspaniya və Belçika 1/4 finala çıxıblar:

Kanada – Mərakeş – 0:3 
Paraqvay – Fransa – 0:1
Braziliya – Norveç – 1:2
İngiltərə – Meksika – 3:2
Portuqaliya – İspaniya – 0:1
ABŞ – Belçika – 1:4

1/4 finalın ilk iki cütü müəyyənləşib:

Fransa – Mərakeş
İspaniya – Belçika
Norveç – İngiltərə

1/4 finalın oyunları iyulun 10-12-si aralığında keçiriləcək.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir