Naxçıvan-Sədərək yolunda qəza olub, 3 nəfər ölüb

Baş səhifə

Naxçıvan-Sədərək yolunda ölümlə nəticələnən qəza baş verib.

APA-nın xəbərinə görə, Rəşad Məmmədovun idarə etdiyi “Lifan-620” markalı avtomobil ilə Nəvai Həsənovun etdiyi “Vaz-21074” markalı avtomobil ilə toqquşub.

Hadisə nəticəsində Nəvai Həsənov, arvadı Tamara Həsənova və oğlu Atilla Həsənov hadisə yerində ölüb, qızı İnci Həsənova və digər avtomobilin sürücüsü Rəşad Məmmədov isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Naxçıvan Muxtar Respublikası Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı cinayət işi başlanıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir