Çində supertayfun – 11 ölü, 330-dan çox yaralı

Baş səhifə

Bakı.Trend:

Çinin Hubey əyalətində leysanla müşahidə olunan supertayfun
nəticəsində azı 11 nəfər ölüb, 1 nəfər isə itkin düşüb.

Bu barədə “Sinxua” agentliyi məlumat yayıb.

Məlumata görə, bazar ertəsi saat 19:00-dan 23:00-dək Huanqşi,
Huanqan, Ecou və Syannin şəhərlərində ildırım və güclü külək
müşahidə olunub.




İki qəsəbədə küləyin sürəti 13-cü dərəcəyə çatıb. Yerli
hakimiyyət orqanlarının məlumatına əsasən, bəzi ərazilərdə tornado
da qeydə alınıb.

Bildirilib ki, ekstremal hava şəraiti nəticəsində 22 bina
tamamilə dağılıb, daha 4 855 bina zədələnib, 331 nəfər isə xəsarət
alıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir