Direktorların işə qəbulu üçün sənəd qəbulu bitir

Baş səhifə

Bakı. Trend:

Direktorların işə qəbulu müsabiqəsinə elektron sənəd qəbulu
sabah başa çatır.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin mətbuat
xidmətinin məlumatına görə, iyunun 19-u saat 11:00-dan etibarən
direktor vəzifəsi vakant olan dövlət ümumi təhsil müəssisələrinə
direktorların işə qəbulu üzrə elektron sənəd qəbulu mərhələsinə
başlanılıb.




Namizədlər 8 iyul 2026-cı il saat 17:00-dək miq.edu.az/direktor
linki vasitəsilə elektron qeydiyyatdan keçə bilərlər.
“Seçim mərhələsində namizədlərin təqdim etdikləri məlumat və
sənədlərin düzgünlüyü yoxlanılacaq. Bu mərhələni uğurla başa vuran
namizədlər müsahibə mərhələsində iştirak etmək hüququ
qazanacaqlar”, – məlumatda bildirilib.

Qeyd edək ki, müsabiqənin nəticələri namizədlərin şəxsi
səhifələrində yerləşdiriləcək. Müsabiqədə uğur qazanan namizədlərlə
əmək münasibətləri qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun
olaraq rəsmiləşdiriləcək.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir