Səfərbərlik Xidmətinin vəzifəli şəxslərinin məhkəməsi başlayır

Baş səhifə

Rüşvət müqabilində vətəndaşları hərbi xidmətdən yayındırmaqda təqsirləndirilən vəzifəli şəxs barəsində cinayət işi məhkəməyə göndərilib.

APA xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətinin məlumatında deyilir.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəbrayıl rayon şöbəsinin rəis müavini – Səfərbərlik hazırlığı və səfərbərlik bölməsinin rəisi vəzifəsini icra etmiş Mədətsoylu Niyam Etibar oğlunun qanunsuz əməlləri ilə bağlı keçirilən əməliyyat tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin istintaqı tamamlanıb.

İbtidai istintaqla Niyam Mədətsoylunun 2022-2026-cı illərdə sözügedən vəzifədə işləyərkən sağlamlıq vəziyyətlərinə görə əvvəllər növbəti həqiqi hərbi xidmətə çağırışdan azad edilmiş şəxslərin təkrar tibbi müayinədən yayındırılması və digər məqsədlərlə ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə olmaqla külli miqdarda pul vəsaitini təkrarən rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Murad Əhmədova Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 311.3.2 və 311.3.3-cü (təkrarən külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan edilməklə barəsində istintaq orqanının vəsatəti, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs (əsas) və vəzifədən kənarlaşdırma (əlavə) qətimkan tədbirləri seçilib.

Cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Hərbi Məhkəməsinə göndərilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir