Ankarada NATO sammiti keçirilir

Baş səhifə

Bakı.Trend:

Bu gün – iyulun 7-də Türkiyənin paytaxtı Ankarada NATO dövlət və
hökumət başçılarının 36-cı zirvə toplantısı öz işinə başlayır. İki
gün davam edəcək tədbir çərçivəsində Ankaradakı Prezident Kompleksi
Alyansa üzv olan 32 ölkənin liderini, eləcə də minlərlə diplomat,
jurnalist və forum iştirakçısını qəbul edəcək.

Bu barədə “Anadolu” Agentliyi məlumat yayıb.

Sammitin gündəliyinə NATO-nun çəkindirmə və müdafiə
potensialının gücləndirilməsi, Avroatlantik təhlükəsizlik, müdafiə
xərcləri, Alyansın strateji inkişaf hədəfləri, həmçinin bir sıra
aktual regional və qlobal təhlükəsizlik problemləri daxil edilib.
Sammit çərçivəsində liderlərin ikitərəfli görüşləri və bir sıra
əlaqəli tədbirlərin keçirilməsi də planlaşdırılır.




Forumun keçirilməsi üçün Ankarada təhlükəsizlik, logistika,
rabitə və texnoloji infrastruktur daxil olmaqla bütün zəruri
hazırlıq işləri başa çatdırılıb. Rəsmi nümayəndə heyətlərinin
qəbulu üçün Əsənboğa, Ankara və Mürtəd hava limanlarından istifadə
olunacaq.

Türkiyə və xarici KİV nümayəndələri üçün Prezident Milli
Kitabxanasında Beynəlxalq Media Mərkəzi yaradılıb. Burada 1 800 iş
yeri, 40 montaj otağı, 100-dən çox canlı yayım nöqtəsi və 11
mətbuat konfransı zalı fəaliyyət göstərir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir