
Bakı. Trend:
İran qarşı tərəfi öz imzasına hörmət etməyə çağırır.
Bunu İran xarici işlər naziri Seyid Abbas Əraqçi bu gün (7 iyul)
“X” sosial şəbəkəsindəki hesabında yazıb.
“İrana qarşı təhdidlər davam etdiyi zamana qədər yekun
razılaşmanın əldə olunması üçün müzakirələr başlanmayacaq. Öz
imzanıza hörmətlə yanaşın”, – deyə o bildirib.
İranlı nazir əlavə edib ki, milyonlarla bir araya gələrək iranlı
Ayətullah Seyid Əli Xamenei və onun əbədi irsinə hörmətlərini ifadə
etdi. Nə iranlılar, nə də silahlı qüvvələr heç bir təhddiddən
qorxmur.
Əlavə edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə əlaqədar
konkret nəticələr əldə olunmadığına görə, 28 fevralda ABŞ və
İsrailin İrana qarşı hərbi hava hücumlara başlayıb və İran da həmin
gündən İsraili və ABŞ-nin regiondakı obyektlərini raket və PUA ilə
atəşə tutub. Pakistanın vasitəçiliyi ilə tərəflər arasında 7
apreldə atəşkəs razılaşması əldə olunub.
18 iyunda İran və ABŞ arasında sülh memorandumu imzalanıb.
Memorandumu İran prezidenti Məsud Pezeşkian və ABŞ prezidenti
Donald Tramp imzalayıblar. 19 iyundan sözügedən memorandum qüvvəyə
minib.
21 iyunda İran və ABŞ arasında müzakirələrin ilk raundu Pakistan
və Qətərin vasitəçiliyi ilə baş tutub.
Əlavə edək ki, ötən gün İranda sabiq Ali Lider Ayətullah Seyid
Əli Hüseyni Xamenei ilə vida mərasimi davam etdirilib. Mərasimə
milyonlarla iranlının qatıldığı bildirilir. Əli Xameneinin dəfn
mərasimi iyulun 9-da Məşhəd şəhərində keçiriləcək

