
Bakı. Trend:
Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası
keçirilir.
Trend-in
tədbirdəki müxbirinin xəbərinə görə, iclasda aşağıdakı məsələlər
müzakirə ediləcək:
1. “Azərbaycan Respublikası Milli Məclisi Daxili Nizamnaməsinin
təsdiq edilməsi haqqında”, “İctimai iştirakçılıq haqqında” və “Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilik təşəbbüsü
hüququndan istifadə etməsi qaydası haqqında” Azərbaycan
Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan
Respublikası qanununun layihəsi (üçüncü
oxunuş).
2. “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun
layihəsi (üçüncü oxunuş).
3. “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında
dəyişikliklərin təsdiq edilməsi haqqında” Azərbaycan
Respublikasının 2026-cı il 2 fevral tarixli 340-VIIKQD nömrəli
Konstitusiya Qanununun icrası ilə əlaqədar Azərbaycan
Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası qanununun layihəsi.
4. “Büdcə sistemi haqqında”, “Sığorta fəaliyyəti haqqında” və “Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının
qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası
qanununun layihəsi (ikinci oxunuş).
5. “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun
layihəsi (ikinci oxunuş).
6. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan
Respublikasının Cinayət-Prosessual Məcəlləsində və “İnformasiya,
informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”
Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası qanununun layihəsi (ikinci
oxunuş).
7. Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsində, “Yol hərəkəti haqqında”, “Nəqliyyat haqqında”, “Dövlət rüsumu
haqqında”, “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola
bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən
(mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında”, “Avtomobil nəqliyyatı haqqında” və “Aviasiya haqqında” Azərbaycan
Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan
Respublikası qanununun layihəsi (ikinci
oxunuş).
8. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 9
dekabr tarixli 307-VIIQD nömrəli Qanununun icrası ilə əlaqədar
Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi
haqqında Azərbaycan Respublikası qanununun layihəsi (ikinci
oxunuş).
9. “Kraudfandinq haqqında” Azərbaycan Respublikası qanununun
layihəsi (birinci oxunuş).
10. Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan
Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının
Vergi Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar
Məcəlləsində, “Dövlət rüsumu haqqında”, “Hüquqi şəxslərin dövlət
qeydiyyatı və dövlət reyestri haqqında”, “Azərbaycan
Respublikasının Mərkəzi Bankı haqqında”, “Qiymətli kağızlar bazarı
haqqında”, “Lisenziyalar və icazələr haqqında”, “Nağdsız
hesablaşmalar haqqında”, “Cinayət yolu ilə əldə edilmiş əmlakın
leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı
mübarizə haqqında” və “Ödəniş xidmətləri və ödəniş sistemləri
haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik
edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi
(birinci oxunuş).
11. Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan
Respublikasının Mülki Məcəlləsində, “Valyuta tənzimi haqqında”, “Banklar haqqında”, “İnvestisiya fondları haqqında” və “Qiymətli
kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının qanunlarında
dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun
layihəsi (birinci oxunuş).
12. Azərbaycan Respublikasının Vergi Məcəlləsində, Azərbaycan
Respublikasının Miqrasiya Məcəlləsində, “Sosial sığorta haqında”, “Gömrük tarifi haqqında”, “Lisenziyalar və icazələr haqqında” və “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının
qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası
qanununun layihəsi (birinci oxunuş).
13. “İnformasiya, informasiyalaşdırma və informasiyanın
mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun
layihəsi (birinci oxunuş).
14. Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik
edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi
(birinci oxunuş).
15. Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişiklik
edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi
(birinci oxunuş).
16. “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının
Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası
qanununun layihəsi (birinci oxunuş).
17. “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri
nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari
sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik
edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi
(birinci oxunuş).

