Qalibafdan sərt mesaj: Xameninin qatilləri cəzalandırılacaq!

Baş səhifə

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf bildirib ki, ölkə ərazisinə hücum edənlər və şəhidlərin qatilləri cəzalandırılacaq.

Modern.az xəbər verir ki, Qalibaf mərhum ali lider Ayətullah Seyid Əli Xameneinin vida mərasimilə bağlı yayımladığı müraciətdə bildirib ki, İran xalqının mərasimdə geniş iştirakı ölkənin gələcəyinə olan qətiyyətin və birlik ruhunun göstəricisidir.

Qalibaf qeyd edib ki, son dörd ay ərzində iranlılar hər gecə ABŞ və İsrail əleyhinə şüarlar səsləndirərək mərhum ali liderin qatillərinə qarşı qəzəblərini ifadə edib və qisas tələblərini təkrarlayıblar.

Qalibaf müraciətində ilahi vədin mütləq gerçəkləşəcəyini bildirib, İran ərazisinə hücum edənlərin və ölkə şəhidlərinin qatillərinin cəzalandırılacağını vurğulayıb. O, yekun qisasın isə Qüdsün azad edilməsi ilə tamamlanacağını qeyd edib.

İran parlamentinin sədri bildirib ki, xalq dəfn mərasimində mərhum lideri yola salmaqla yanaşı, yeni ali rəhbər  Ayətullah Seyid Müctəba Xameneiyə də beyət edib. Onun sözlərinə görə, xalq İslam İnqilabının yolundan geri çəkilməyib.

Qalibaf qeyd edib ki, ölkənin həm müdafiə sahəsində, həm diplomatiya və danışıqlar proseslərində, həm də iqtisadi problemlərin həllində xalqın hüquqlarının qorunması üçün bütün imkanlar səfərbər edilməlidir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir