T-72 tankının konstruktoru vəfat edib (FOTO)

Baş səhifə

Bakı.Trend:

Rusiyanın Ural Nəqliyyat Maşınqayırması Konstruktor Bürosunun
baş konstruktoru Vladimir Domnin 81 yaşında vəfat edib.

Bu barədə Uralvaqonzavodun (Rusiyanın “Rostex” dövlət
korporasiyasının tərkibinə daxildir) Mətbuat xidməti məlumat
yayıb.




Vladimir Domnin əmək fəaliyyətinə 1967-ci ildə Uralvaqonzavodda
hərbi nümayəndə vəzifəsində başlayıb və T-72 tankının qoşun
sınaqlarında, eləcə də onun seriyalı istehsalata tətbiqində fəal
iştirak edib.

Onun rəhbərliyi altında T-90A, T-72BA və BMPT döyüş maşınlarının
yaradılması üzrə işlər başa çatdırılıb. Həmçinin T-72B3, T-90MS,
T-72 tankı bazasında modernləşdirilmiş nümunələr, BMR-3MA və
BREM-1M modelləri hazırlanıb, vahid ağır tırtıllı platformanın
yaradılması istiqamətində işlərə başlanılıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir