
2026-cı ilin iyun ayı üzrə Bakı şəhərinin daşınmaz əmlak bazarında qiymət artımı davam edib.
Müşahidələrə əsasən, may ayı ilə müqayisədə iyunda yay mövsümünün başlaması, alıcı fəallığının yüksəlməsi və investisiya məqsədli alışların artması nəticəsində bazarın bütün əsas seqmentlərində müsbət dinamika qeydə alınıb. Ən yüksək qiymət artımı isə yenə torpaq bazarında müşahidə olunub.
Bu barədə Metbuat.az-a Azərbaycan Qiymətləndiricilər Cəmiyyətindən məlumat verilib. AQC-nin məlumatına görə, iyun ayında daşınmaz əmlak bazarının əsas hərəkətverici qüvvəsi torpaq seqmenti olub. Mövsümi aktivlik, fərdi yaşayış evlərinə tələbatın artması və tikinti üçün yararlı torpaq sahələrinin məhdudluğu qiymətlərin daha sürətlə yüksəlməsinə səbəb olub.
Mənzil bazarında yeni tikili binalara tələbat sabit artım nümayiş etdirib. Kotlovan mərhələsində olan layihələr investorlərin ən çox maraq göstərdiyi seqment olaraq qalır. Köhnə tikili mənzillərdə isə bazarda təklifin nisbətən çox olması qiymət artımının əvvəlki aylarla müqayisədə daha mülayim olmasına səbəb olub.
İyun ayında torpaq bazarında ən yüksək aktivlik Xəzər, Sabunçu və Suraxanı rayonlarında qeydə alınıb. Mərkəzi rayonlarda isə təklifin məhdud qalması fonunda fərdi yaşayış evlərinin qiymətlərində sabit artım davam edib.
2026-cı ilin iyun ayında torpaq, qeyri-yaşayış və fərdi yaşayış evləri üzrə aylıq qiymət artımı
- Nərimanov rayonu: torpaq sahələri – 2,7%, qeyri-yaşayış obyektləri – 2,3%, fərdi yaşayış evləri – 1,7%.
- Yasamal rayonu: torpaq – 2,6%, qeyri-yaşayış – 2,4%, fərdi yaşayış evləri – 1,6%.
- Binəqədi rayonu: torpaq – 3,3%, qeyri-yaşayış – 1,8%, fərdi yaşayış evləri – 2,2%.
- Xətai rayonu: torpaq – 2,9%, qeyri-yaşayış – 2,1%, fərdi yaşayış evləri – 1,7%.
- Sabunçu rayonu: torpaq – 3,7%, qeyri-yaşayış – 1,7%, fərdi yaşayış evləri – 2,3%.
- Səbail rayonu: torpaq – 2,8%, qeyri-yaşayış – 2,6%, fərdi yaşayış evləri – 1,5%.
- Nəsimi rayonu: torpaq – 2,6%, qeyri-yaşayış – 2,5%, fərdi yaşayış evləri – 1,5%.
- Qaradağ rayonu: torpaq – 3,0%, qeyri-yaşayış – 1,5%, fərdi yaşayış evləri – 1,8%.
- Suraxanı rayonu: torpaq – 3,5%, qeyri-yaşayış – 1,7%, fərdi yaşayış evləri – 2,2%.
- Pirallahı rayonu: torpaq – 2,3%, qeyri-yaşayış – 1,3%, fərdi yaşayış evləri – 1,6%.
- Nizami rayonu: torpaq – 2,6%, qeyri-yaşayış – 2,0%, fərdi yaşayış evləri – 1,7%.
- Xəzər rayonu: torpaq – 3,2%, qeyri-yaşayış – 1,5%, fərdi yaşayış evləri – 2,5%.

