
Bakı.Trend:
Azərbaycan və ABŞ arasında Orta Dəhlizin inkişafı müzakirə
olunub.
Bu haqda Azərbaycanın İqtisadiyyat Naziri Mikayıl Cabbarov öz
rəsmi “X” səhifəsində yazıb.
“SOCAR-ın prezidenti Rövşən Nəcəflə birlikdə ABŞ senatoru Stiv
Deynsin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşümüzdə
Azərbaycan -ABŞ strateji tərəfdaşlığının hər iki ölkənin
prezidentlərinin siyasi iradəsi və qarşılıqlı etimadı əsasında
uğurla inkişafını qeyd etdik.
ABŞ nümayəndə heyəti ilə ticarət və investisiyaların təşviqi,
enerji, süniintellekt, rəqəmsaliqtisadiyyat, kritik mineralların
hasilatı və emalı, sənaye sahələrində əməkdaşlığın
genişləndirilməsi imkanlarını müzakirə etdik. Həmçinin Orta
Dəhlizin beynəlxalq ticarət, iqtisadi inteqrasiya və regional
bağlantıların gücləndirilməsində rolunu vurğuladıq”, -deyə o
bildirib.
Nazirin sözlərinə görə, görüşdə Strateji Tərəfdaşlıq Xartiyası
çərçivəsində İqtisadi Dialoq mexanizminin əməkdaşlığın əsas
institusional platformalarından biri olduğu vurğulanıb, birgə
layihələrin həyata keçirilməsinə dair yol xəritəsi ətrafında fikir
mübadiləsi aparılıb.
Qeyd edək ki, Orta Dəhliz regionun bir sıra ölkələrindən keçən,
Asiya ilə Avropanı birləşdirən nəqliyyat və ticarət marşrutudur.
Bu, ənənəvi Şimal və Cənub dəhlizlərinə alternativdir.
Marşrut Çindən başlayır və Qazaxıstan, Özbəkistan və
Türkmənistan kimi Mərkəzi Asiya ölkələrindən keçərək, Xəzər dənizi,
Azərbaycan, Gürcüstan və Türkiyədən keçərək Avropaya çatır. Orta
Dəhliz Asiyanın şərq bölgələrini, o cümlədən, Çini Avropa ilə
birləşdirən, daha uzun dəniz yollarından yan keçməklə quru yolu
təklif edir.

