NATO Baş katibi: Bu gün on milyardlarla dollarlıq kontraktlar imzalanıb

Baş səhifə

Ötən il NATO-nun müdafiəsinə 37 milyard dollar investisiya yatırılıb.

APA xəbər verir ki, bunu NATO Baş katibi Mark Rutte Ankarada keçirilən NATO zirvəsində deyib.

Onun sözlərinə görə, gələn ilə qədər hərbi blok 4 milyon artilleriya mərmisi istehsal edəcək.

“Bu səhər əhəmiyyətli yeni kontraktlar imzalanıb və böyük bəyanatlar verilib. Bu kontraktlar bütünlükdə on milyardlarla dollar dəyərindədir və getdikcə artır”, – NATO Baş katibi bildirib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir