Zelenski Türkiyəyə səfər edib

Baş səhifə

Bakı.Trend:

Ukrayna Prezidenti Volodimir Zelenski NATO sammitində iştirak
etmək üçün Ankaraya gedib.

Ukrayna lideri bildirib ki, sammit çərçivəsində dünya liderləri
ilə iyirmiyə yaxın ikitərəfli görüşlər keçirməsi, NATO Müdafiə
Sənayesi Forumunda iştirakı, həmçinin pilotsuz texnologiyalar da
daxil olmaqla müxtəlif sahələr üzrə yeni sazişlərin imzalanması
planlaşdırılır.




“Ankarada bizi mühüm iş gözləyir. Güclü və məhsuldar NATO
sammiti gözləyirik”, – deyə Zelenski vurğulayıb.

O əlavə edib ki, Ukrayna üçün əsas prioritetlərdən biri hava
hücumundan müdafiə (HHM) sisteminin daha da gücləndirilməsidir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir