Oğuzda buğda yüklü TIR yanıb – FOTO

Baş səhifə

Oğuzda buğda daşıyan iritonnajlı yük maşını yanıb.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə rayonun Qumlaq kəndində, biçilmiş taxıl sahəsində baş verib.

Taxıl sahəsində buğda ilə yüklənmiş TIR-da anidən yanğın baş verib. TIR və içərisində olan 25 ton buğdanın bir hissəsi yararsız vəziyyətə düşüb.
Yanğın FHN-in Oğuz rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri tərəfindən söndürülüb.

Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir