Tokayevin prezidentlik müddəti "sıfırlandı"

Baş səhifə

Qazaxıstanda Prezident Kasım-Jomart Tokayevin əvvəlki prezidentlik müddətləri hüquqi baxımdan nəzərə alınmayacaq.

Modern.az xəbər verir ki, bu barədə Qazaxıstan Konstitusiya Məhkəməsinin qərarında bildirilib.

Qərara əsasən, 2026-cı il Konstitusiyası qüvvəyə mindikdən sonra 1995-ci il Konstitusiyasına uyğun olaraq dövlət vəzifələrini tutan şəxslər yeni Konstitusiyanın qüvvəyə minməsindən sonra həmin vəzifələrə yenidən seçilə və ya təyin oluna bilərlər.

Bu qərar Prezident Kasım-Jomart Tokayevə növbəti prezident seçkilərində yenidən namizəd olmaq imkanı yaradır.

Qeyd edək ki, iyulun 1-dən Qazaxıstanda yeni Konstitusiya qüvvəyə minib. Yeni redaksiyaya əsasən, ölkə prezidenti 7 il müddətinə seçilir və eyni şəxs bu vəzifəyə iki dəfə seçilə bilməzBununla belə, Konstitusiya Məhkəməsinin izahı Tokayevin əvvəlki prezidentlik müddətlərinin yeni konstitusion qaydalar çərçivəsində hesablanmayacağını göstərir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir