
Yüksək təlabatı nəzərə alaraq 10 iyul tarixindən Bakı-Tbilisi, 11 iyul tarixindən isə əks istiqamətində hərəkətdə olan qatarlara əlavə 3 vaqon qoşulacaq.
Modern.az xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Sərnişindaşımalar departamentinin rəisi Azər Fərəcov media üçün keçirilən brifinq zamanı deyib.
Onun sözlərinə görə, bununla da hazırda 178 yer sayı 282-yə qalxacaq.
“Bu 3 vaqonda əlavə 104 yer olacaq. Bununla da bir qatar tərkibində 60%-ə artım nəzərdə tutulur. Biletlər bu gün artıq satışa çıxarılıb. Hazırda biletlərin alımı 10 iyul tarixindən 6 avqust tarixini əhatə edir. Cəmi 5500 bilet satışa çıxarılıb”.

