ADY Bakı–Tbilisi–Bakı qatarı üzrə 5 500-ə yaxın bileti satışa çıxarıb

Baş səhifə

Bakı.Trend:

Bakı–Tbilisi–Bakı marşrutu üzrə qatarla 10 iyuldan 6 avqusta
qədər ümumilikdə 5 500-ə yaxın bilet satışa təqdim olunub.

Trend-in
tədbirdəki əməkdaşı xəbər verir ki, bunu ADY-nin Sərnişin
daşımaları departamentinin rəisi Azər Fərəcov Bakı–Tbilisi–Bakı
qatarında yeniliklərlə bağlı keçirilən brifinqdə jurnalistlərə
açıqlamasında deyib.

O bildirib ki, sərnişinlər biletləri həm onlayn, həm də
kassalardan əldə edə bilərlər.




“10 iyul 2026-cı il tarixindən etibarən Bakı–Tbilisi–Bakı
beynəlxalq marşrutu üzrə hərəkət edən qatarların tərkibinə əlavə 3
ədəd yataq tipli vaqon (hazırda ölkədaxili marşrutda istifadə
olunan standart+ sinif vaqonlar) qoşulacaq. Hazırda qatarlarda olan
178 yer 282-yə çatdırılacaq. Əlavə üç vaqonda ümumilikdə 104 yer
olacaq. Bununla da bir qatarın sərnişin tutumu təxminən 60 faiz
artırılır”, – deyə o bildirib.

A.Fərəcov qeyd edib ki, əlavə yerlər üzrə biletlər artıq satışa
çıxarılıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir