Bakının dörd rayonunda qaz olmayacaq

Baş səhifə

Bakının bir sıra rayonlarında qaz təchizatı müvəqqəti dayandırılacaq.

Modern.az xəbər verir ki bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, təmir-quraşdırma və payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar iyunun 8-i, saat 10:00-dan etibarən aşağıdakı ünvanlarda qaz təchizatında fasilələr yaranacaq:

1. Sabunçu rayonu: Nardaran qəsəbəsi, Azərbaycan qadını və Albalılıq küçələri;

2. Yasamal rayonu: F.İbrahimbəyov, M.Naxçıvani, C.Cabbarlı, C.Qaryağdıoğlu və Z.Əhmədbəyov küçələri;

3. Binəqədi rayonu: Xocəsən və Sulutəpə qəsəbələrinin bir hissəsi;

4. Suraxanı rayonu: Əmircan qəsəbəsi, 5-ci Mədən və X.Ələkbərov küçələri.

Qeyd olunan ərazilərdə qaz təchizatı işlər yekunlaşdıqdan sonra bərpa ediləcək.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir