
Çinin şimal-qərbindəki Qansu əyalətində torpaq sürüşməsi
nəticəsində nəticəsində ölənlərin sayı 21 nəfərə çatıb.
Bu barədə əyalətin fövqəladə halların idarə edilməsi bürosu
açıqlama yayıb.
İyulun 7-də səhər saatlarında Lonnan şəhərinin Rençan kəndində
baş verən sürüşmə nəticəsində bir neçə ev dağılıb və ya torpaq
axını altında qalıb. Dağılmış evlərdən 12 nəfər xilas edilib.
Ərazidə axtarış-xilasetmə işləri yekunlaşıb.

