F-35 satışı güc balansını pozar –

Baş səhifə

İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ-nin Türkiyəyə F-35 qırıcıları satmasına qarşı çıxıb.

Metbuat.az xəbər verir ki, Netanyahu CNN-ə açıqlamasında bildirib ki, Türkiyəyə F-35-lərin verilməsi Yaxın Şərqdə güc balansını pozacaq.

“Bu, Yaxın Şərqdə güc balansını məhv edər. Çünki Türkiyənin aqressiv məqsədlərinin olduğunu düşünürəm. Onlara bu gücü verdiyiniz zaman bunun ardınca aqressiya görəcəksiniz”, – deyə o bildirib.

Netanyahu həmçinin ABŞ-nin ən müasir döyüş təyyarələrini Türkiyəyə satmasının bu ölkəni Vaşinqtonun dostuna çevirməyəcəyini iddia edib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp NATO Zirvəsi çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşündə F-35 qırıcılarının Türkiyəyə satışının nəzərdən keçiriləcəyini açıqlamışdı.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir