ABŞ İrana hava zərbələri endirdi

Baş səhifə

Hörmüz boğazında ticarət gəmilərinə edilən hücumdan sonra ABŞ İrana qarşı hərbi əməliyyata başlayıb.

Metbuat.az xəbər verir ki, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) beynəlxalq sularda ticarət gəmilərini hədəfə alan hücumlara cavab olaraq İrana bir sıra güclü hava zərbələri endirildiyini açıqlayıb.

İran dövlət mediasının məlumatına görə, zərbələr Keşm adası, Bəndər-Abbas və Sirik bölgələrini hədəf alıb. Hadisə nəticəsində qəlpə yaraları alanların olduğu bildirilsə də, ölənlərlə bağlı rəsmi məlumat verilməyib.

İran Xarici İşlər nazirinin müavini ABŞ-nin hücumlarını ötən ay imzalanmış memorandumun pozulması kimi qiymətləndirərək, Tehranın buna qətiyyətli cavab verəcəyini bəyan edib.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir