SEPAH ABŞ-nin Bəhreyn və Küveytdəki mövqelərini atəşə tutduğunu açıqlayıb

Baş səhifə

Bakı. Trend:

İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) ABŞ-nin Bəhreyn
və Küveytdəki hərbi mövqelərini atəşə tutub.

Bu barədə İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) yaydığı
bəyanatda bildirib.

“Ötən gecə ABŞ ordusu İranın cənubunda Hörmüzqan vilayəti
sahillərində qeyri-hərbi stansiyaları və sahil bazalarının bir
neçəsinə hücum edərək atəşkəsi və İslamabad anlaşma memorandumunu
açıq-aşkar şəkildə pozub”, -deyə bəyanatda bildirilir.

Bəyanatda qeyd olunur ki, SEPAH bu hücuma reaksiya olaraq PUA və
raketlərlə Bəhreyn və Küveytdə ABŞ-nin 85 önəmli hərbi obyektini
atəşə tutub. Eyni zamanda hücum etməyə cəhd edən ABŞ-nin MQ9 PUA-sı
vurulub.




Əlavə edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə əlaqədar
konkret nəticələr əldə olunmadığına görə, 28 fevralda ABŞ və
İsrailin İrana qarşı hərbi hava hücumlara başlayıb və İran da həmin
gündən İsraili və ABŞ-nin regiondakı obyektlərini raket və PUA ilə
atəşə tutub. Pakistanın vasitəçiliyi ilə tərəflər arasında 7
apreldə atəşkəs razılaşması əldə olunub.

18 iyunda İran və ABŞ arasında sülh memorandumu imzalanıb.
Memorandumu İran prezidenti Məsud Pezeşkian və ABŞ prezidenti
Donald Tramp imzalayıblar. 19 iyundan sözügedən memorandum qüvvəyə
minib.

21 iyunda İran və ABŞ arasında müzakirələrin ilk raundu Pakistan
və Qətərin vasitəçiliyi ilə baş tutub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir