Azərbaycan-Türkmənistan enerji əməkdaşlığı müzakirə edilib (FOTO)

Baş səhifə

Bakı. Trend:

Azərbaycan və Türkmənistan arasında enerji sahəsində əməkdaşlıq
müzakirə edilib.

İqtisadiyyat naziri Mikayıl Cabbarov “X” hesabında
Türkmənistanın Nazirlər Kabinetinin sədr müavini Quvanc Ağacanovla
görüşü ilə bağlı paylaşım edib.




“Azərbaycan və Türkmənistan arasında Birgə Hökumətlərarası
Komissiyanın 9-cu iclasında iştirak üçün Türkmənistana işgüzar
səfərimiz çərçivəsində Türkmənistanın Nazirlər Kabinetinin sədr
müavini Quvanc Ağacanovla görüşdük. Ölkələrimizin malik olduğu
zəngin enerji potensialının iqtisadi tərəfdaşlığın inkişafı üçün əlverişli şərait
yaratdığını vurğuladıq. Beynəlxalq bazarlara enerji nəqli, bu
sahədə hüquq-müqavilə bazasının təkmilləşdirilməsi, birgə
layihələrdə iştirak imkanlarını müzakirə etdik”, – deyə paylaşımda
qeyd olunub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir