KİV: Almaniyada təxribat hazırlayan iki Rusiya agenti saxlanılıb

Baş səhifə

Rusiya xüsusi xidmət orqanları ilə əməkdaşlıq etməkdə şübhəli bilinən iki nəfər Serbiya–Macarıstan sərhədində saxlanılıb.

Bu barədə “Bild” nəşri məlumat yayıb.

İstintaqın versiyasına görə, saxlanılan şəxslər pul müqabilində Almaniyada təxribat və terror aktı hazırlamağa razılaşıblar. Onların Almaniyanın müdafiə sənayesi ilə bağlı obyektlərdən birinə hücum planlaşdırdıqları bildirilir.

Şübhəlilər Serbiya və Macarıstan sərhədinə gəldikləri zaman hüquq-mühafizə orqanları tərəfindən saxlanılıblar.

Faktla bağlı araşdırma davam etdirilir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir