İlk yarımildə qanunsuz miqrasiyaya görə 4852 əcnəbi saxlanılıb – DMX

Baş səhifə

Bakı.Trend:

2026-cı ilin birinci yarısında Dövlət Miqrasiya Xidməti
tərəfindən qanunsuz miqrasiyaya qarşı keçirilən tədbirlər zamanı
4852 əcnəbi saxlanılıb.

Bu barədə məlumat Dövlət Miqrasiya Xidmətinin rəsmi saytında
dərc edilib.

Xidmətdən bildirilib ki, saxlanılan şəxslərin ölkə ərazisində
olma və yaşama hüququ verən sənədlər olmadan yaşadıqları, ölkəyə
gəlişlərinin bəyan edilmiş məqsədinə uyğun olmayan fəaliyyətlə
məşğul olduqları, qanunsuz əmək fəaliyyətinə cəlb edildikləri və ya
qeydiyyatda olduqları ünvanda yaşamadıqları müəyyən edilib.




Ümumilikdə, 2026-cı ilin ilk altı ayında əcnəbi və vətəndaşlığı
olmayan şəxslərin ölkədə olma, yaşama, işə cəlb olunma qaydaları və
digər inzibati hüquq pozuntuları ilə bağlı 9757 inzibati qərar
qəbul olunub.

Məlumata görə, miqrasiya qanunvericiliyini pozan 850 əcnəbi
inzibati qaydada Azərbaycan Respublikasının hüdudlarından kənara
çıxarılıb və onların ölkəyə girişinə qanunla müəyyən edilmiş
müddətə məhdudiyyət tətbiq edilib. Digər şəxslərin isə ölkədə
yaşamalarının qanuniləşdirilməsi və ya ölkəni könüllü tərk etmələri
təmin olunub.

Hesabat dövründə qanunsuz miqrasiyanın təşkilinə dair 4 fakt da
aşkarlanıb. Araşdırmalar zamanı əcnəbilərin müxtəlif məqsədlərlə
ölkəyə gətirildikdən sonra qanunsuz yollarla iş və müvəqqəti
yaşamaq üçün icazə vəsiqələri ilə təmin edilməsinə cəhdlər edildiyi
müəyyənləşdirilib. Həmin faktlar üzrə toplanmış materiallar hüquqi
qiymət verilməsi üçün aidiyyəti hüquq-mühafizə orqanına
göndərilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir