Prezident İlham Əliyev İordaniya Baş nazirinin müavinini qəbul edib (FOTO)

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 8-də
İordaniya Haşimilər Krallığının Baş nazirinin müavini, xarici işlər
və mühacir məsələləri naziri Əymən Əs-Safadini qəbul edib.

Bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat
yayıb.

Qonaq İordaniyanın Kralı II Abdullah ibn Al Hüseynin salamlarını
və İordaniyaya dəvətini dövlətimizin başçısına çatdırdı, İordaniya
Kralının Azərbaycan Prezidenti ilə şəxsi münasibətlərə çox böyük
dəyər verdiyini qeyd etdi.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi,
onun da salamlarını İordaniyanın Kralına çatdırmağı xahiş etdi.

Prezident İlham Əliyev də öz növbəsində İordaniya Kralını
ölkəmizə səfərə dəvət etdi.

Dövlətimizin başçısı ölkəmizdə, İordaniyada və beynəlxalq
tədbirlər çərçivəsində Kral II Abdullah ibn Al Hüseyn ilə
görüşlərini məmnunluqla xatırladı.

Söhbət zamanı müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin və
təmasların ölkələrimiz arasında münasibətlərin inkişafı baxımından
mühüm rol oynadığı vurğulandı, əlaqələrimizin dostluq və qardaşlıq
prinsiplərinə əsaslandığı qeyd edildi.

Siyasi, iqtisadi, energetika, bağlantılar, investisiyalar,
humanitar və digər sahələrdə tərəfdaşlığın möhkəmləndirilməsi üçün
yaxşı imkanların olduğu bildirildi, regional məsələlər, gələcək
təmaslar, hökumətlərarası komissiyanın fəaliyyətinin
genişləndirilməsi və parlamentlərarası əməkdaşlığa dair fikir
mübadiləsi aparıldı.

Turizm sahəsində əməkdaşlığa toxunularaq, bu xüsusda
Azərbaycanla İordaniya arasında birbaşa müntəzəm aviareyslərin
açılması məsələsi müzakirə olundu.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir